A
+Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Söz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 72 min əhalisi olan Mariya-Elena şəhərindən 4,9 km şimal-şərqdə, zəlzələ ocağı 104 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.