A
+Rusiyanın “Airbus A321” sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərinin hava limanına məcburi eniş edib.
Söz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb.
“Rusiya təyyarəsi yaranan texniki nasazlıq səbəbindən geri qayıtması tələb olunduqdan sonra Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib”, - nazirlik bildirib.
Təyyarə Şarm əl-Şeyxdən Yekaterinburq şəhərinə uçurmuş və göyərtəsində 236 sərnişin olub.