A
+Yaponiyanın İbaraki prefekturasının Kaşima limanı sahillərində içərisində 20 nəfərin olduğu balıqçı qayığı çevrilib.
Söz.az xəbər verir ki, bu barədə NHK telekanalı ölkənin sahil mühafizəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, xilasetmə əməliyyatı zamanı gəminin 17 ekipaj üzvünü tapılıb, onlardan ikisi həlak olub.
Daha üç ekipaj üzvünün harada olduğu bilinmir, onların axtarışı davam edir.
Axtarışlarda Yaponiya Sahil Mühafizəsinin gəmiləri və helikopterləri iştirak edir.
Departamentin məlumatına görə, gəminin çevrildiyi an dalğanın hündürlüyü yarım metr olub.