A
+Rusiyanın Kirov vilayətində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kilmez kəndində yerləşən evlərdən birində baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının səbəblərini araşdırır.
Kirov qubernatoru Aleksandr Sokolov bildirib ki, binada əksəriyyəti təqaüdçülər olmaqla 11 nəfər sakin olub.