A
+Kanadanın baş naziri Castin Trüdonun partiyasında artan narazılıq və ictimai dəstəyin aşağı olması səbəbindən yanvarın 8-də keçiriləcək qrup toplantısından əvvəl istefa verəcəyi iddia edilib.
Söz.az xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzetinin adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Trüdo vəzifəsində kənarlaşdırıldığı kimi görünməmək üçün istefasını özünün seçdiyi vaxtda elan etmək istəyir.
Trüdonu Xarici İşlər Naziri Melani Coli, İnnovasiya, Elm və Sənaye Naziri Fransua-Filippe Şampan və Mərkəzi Bankın keçmiş rəhbəri Mark Karni kimi adların əvəz edə biləcəyi, maliyyə naziri Dominik LeBlanın isə müvəqqəti rəhbər olacağı iddia edilib.