14 ilin ən güclü qasırğası gözlənilir

14 ilin ən güclü qasırğası gözlənilir

Dünən, 11:49
-

A

+

ABŞ-də son 14 ilin ən güclü qasırğası gözlənilir.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, qar fırtınası qərbdən şərqə doğru hərəkət edir və çərşənbə axşamı Atlantika sahillərinə çatacaq.

 Sinoptiklər güclü qar fırtınası, buzlanma, elektrik və nəqliyyatda fasilələr olacağını proqnozlaşdırıblar.

Kanzas və Missuridə yollar artıq buz bağlayıb, temperaturun mənfi 29 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Arkanzas, Kanzas, Kentukki, Missuri və Virciniya da daxil olmaqla bir çox ştatda fövqəladə vəziyyət elan edilib. 

Yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda da fövqəladə vəziyyət elan edilib. Meteoroloqların fikrincə, fırtına ən azı 12 ştata təsir edəcək. 

Eyni zamanda küləyin sürəti 65 km/saata çata bilər.

Artıq ölkə daxilində 3500-dən çox avia reys və qatar səfərləri ləğv edilib. 


yuxarı