A
+Almaniyanın şimalında yük maşınının körpüyə çırpılması nəticəsində ən azı 18 nəfər xəsarət alıb.
Söz.az DPA-ya istinadən xəbər verir ki, qəza yanvarın 6-da səhər saatlarında Stapelfeld kəndi yaxınlığındakı baş verib.
Yerli polisin məlumatına görə, qəzanın ilkin səbəbi yük maşınının təkərinin partlamasıdır. Hadisə nəticəsində daha 5 avtomobilə də ziyan dəyib.
Magistral yolda hər iki istiqamətdə avtomobillərin hərəkəti tamamilə bağlanıb.