Gəlin qayınanasının bişirdiyi torta zəhər qatdı - Ölənlər var

Gəlin qayınanasının bişirdiyi torta zəhər qatdı - Ölənlər var

Dünən, 12:39
-

A

+

Braziliyada dəhşətli hadisə baş verib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Porto Aleqre yaxınlığındakı Torres şəhərində 61 yaşlı Zeli Dos Anjos adlı qadının bişirdiyi tort iki bacısı və qardaşı oğlunun ölümünə səbəb olub, özü isə xəstəxanada yaşamaq üçün mübarizə aparır. 

Hadisə dekabrın 23-də Zelinin evində Milad şənliyi zamanı baş verib.

Qonaqlar şiniyyatı yedikdən bir neçə saat sonra dünyasını dəyişib.  Müayinələr zamanı ölənlərin bədənində arsen zəhəri aşkar edilib.

Hadisə ilə bağlı Zelinin gəlini Deise Moura həbs edilib.  O, qayınanasının bişirdiyi torta zəhər qatmaqda şübhəli bilinir.

İstintaq davam etdiyi üçün polis laboratoriya nəticələrini gözləyir.


yuxarı