A
+Paris-Şarl-de-Qoll hava limanından Barselona istiqamətində uçan "Air France"-a məxsus təyyarə havaya qalxdıqdan on yeddi dəqiqə sonra təcili dönüş etmək məcburiyyətində qalıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 3-ü baş verən hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Şirkət təcili enişlə bağlı "X" sosial şəbəkəsində məlumat yayıb:
"AF1448 reysinin ekipajı kabinədəki təzyiq nasazlığı səbəbindən 17 dəqiqəlik uçuşdan sonra öz bazasına qayıtmaq qərarına gəlib. Təcili eniş prosedurunu həyata keçirərkən ekipaj oksigen maskalarının endirilməsini aktivləşdirib. Çünki maskaların avtomatik buraxılış hündürlüyünə hələ çatmamışdı. Təyyarə 22.12-də eniş etdi. Uçuş və geri dönüş ləğv edildi".