A
+Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Sakit okeanın ucqar Tori adaları ərazisində, 420 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.