A
+Hindistanın Assam ştatında kömür mədəni çöküb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda çökən mədəndə 9 işçinin yerin 90 metr dərinliyində köməksiz vəziyyətdə qaldığı bildirilib.
Ştat əsmiləri mədənin su dolması səbəbindən çökdüyünü açıqlayıb.
Səlahiyyətlilər xilasetmə əməliyyatlarını davam etdirir.
Hadisə yerinə əsgər və xilasetmə qruplarının göndərildiyi açıqlanıb.