A
+ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Honduras konsulluğu yaxınlığında silahlı hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Söz.az DHA-ya istinadən xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat yayımlanıb.
Bildirilib ki, konsulluqda mühafizəçi işləyən Meksika vətəndaşı hücum zamanı hadisə yerində ölüb, yaralılardan biri isə xəstəxanaya aparılıb.
Hadisənin ardınca bir şübhəlinin saxlanıldığı və hücumla bağlı araşdırma aparıldığı qeyd edilib.