A
+Britaniyada xəstəxana işçiləri qrip xəstələrinin axını səbəbindən çıxılmaz vəziyyətə düşüblər.
Söz.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Ölkənin Milli Səhiyyə Xidməti hər gün beş min nəfərin qripə yoluxduğunu açıqlayıb.
Məlumata görə, səkkiz böyük xəstəxanada kritik vəziyyət elan edilib. Onlardan birində tibbi yardım gözləmək 50 saata qədər uzana bilər.