A
+ABŞ-nin paytaxtı Vaşinqton yaxınlığında təyyarə Potomak çayına düşüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ronald Reyqan Milli Hava Limanı (DCA) yaxınlığında baş verib.
Hadisə yerində yanğınsöndürən gəmilər cəlb edilib.
Qəzaya səbəb təyyarənin hərbi vertolyotla toqquşması olub. Potomak çayından 4 nəfər sağ çıxarılıb. Qəza zamanı yaralaıların da olduğu bildirilib.
"Xilasedicilər Potomak çayında sağ qalanları axtarır.
"American Airlines"-ə məxsus təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
"Black Hawk" helikopterinin göyərtəsində isə üç hərbçi olub.