A
+Tayvanın cənub-qərbində yerləşən Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Meteorologiya Bürosu məlumat yayıb.
Episentri Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Qeyd edək ki, yanvarın 21-də Çiayi əyaləti baş verən 6,4 bal gücündə zəlzələ zamanı 27 nəfər xəsarət alıb.