A
+"Meta" şirkəti 2021-ci ildə Kapitol hücumundan sonra ABŞ prezidenti Donald Trampın hesablarını blokladığı üçün ona 25 milyon dollar ödəyəcək.
Söz.az xəbər veirr ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək.
Nəşr bildirir ki, korporasiya öz günahını açıq şəkildə etiraf etməyəcək.
Qeyd edək ki, bundan əvvəl Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb.