A
+Futbolçu matç zamanı ildırım vurması nəticəsində həlak olub.
Söz.az “lusport”a istinadən xəbər verir ki, hadisə Peruda baş verib.
Noyabrın 3-də Huancayo şəhərində baş tutan “Yuventud Bellavista” – “Familiya Çiokka” oyunu 23-cü dəqiqədə güclü yağışın başlaması ilə dayandırılıb.
Hakim komandaların paltardəyişmə otaqlarına getməsi ilə bağlı qərar verib. Futbolçular meydanı tərk edərkən 35 yaşlı müdafiəçi Xose Hüqo De la Kruz Mezanı ildirim vurub.
Futbolçu aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Kadrlardan görünür ki, digər futbolçular da xəsarət alıb - onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.