A
+ABŞ-də qadınlar Donald Trampın prezident seçkilərində qələbəsinə etiraz olaraq cinsi əlaqədən və kişilərlə istənilən münasibətdən imtina etmək niyyətindədirlər.
Söz.az “The Washington Post”-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə amerikalı qadınların kişilərlə heç bir əlaqəsi olmayacağını dedikləri videolar yayılır.
Onlar cinsi əlaqədən, evlilikdən və hətta tanışlıqdan da imtina etməyə hazır olduqlarını deyiblər.
Buna səbəb isə Respublikaçılar Partiyasının abortu qadağan etmək niyyətində olmasıdır.