A
+Sərxoş kişi metroda 16 yaşlı yeniyetməni döyüb.
Söz.az RT-yə istinadən xəbər verir ki, hadisə Moskvada yaşanıb.
Sözügedən şəxs yeniyetmənin ona güldüyünü düşünüb və yaxınlaşaraq üzünə təpiklə zərbə endirib.
Moskva prokurorluğundan verilən məlumata görə, faktla bağlı xuliqanlıq motivləri ilə sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb.