A
+Rusiyanın Federal Vergi Xidməti müğənni Filipp Kirkorovun şirkətlərinin hesablarını blokladığı iddia olunub.
Söz.az xəbər verir ki, musiqiçi onların vasitəsilə konsert sifarişləri qəbul edib.
Təsdiqlənməmiş məlumatlara görə, vergi işçiləri Kirkorovun şirkətləri ilə bağlı məlumatların yenilənməsini tələb ediblər. Sənətçinin Yeni il korporativlərindəki çıxışları üçün 15 milyon rubl qonorar aldığı bildirilib.