Tramp 10 milyard təzminat tələb edir

Tramp 10 milyard təzminat tələb edir

Bu gün, 09:15
-

A

+

ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp onu tənqid etdiyinə görə “The New York Times” qəzetini on milyard dollarlıq məhkəməyə verməyi planlaşdırır. 

Söz.az xəbər verir ki, bu barədə Columbia Journalism Review (CJR) məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Evin yeni rəhbərinin vəkili Endryu Paltsik artıq NYT-yə məktub göndərərək Trampın reputasiyasını ləkələyən yalan məlumat dərc etdiyinə görə on milyard dollar ödəməyi tələb edib.

Xüsusilə, Tramp iki məqaləyə görə inciyib. Onlardan biri həyatının qalmaqallarla dolu adlandırılması olub. Digəri isə yeni prezidentin ölkəni diktator kimi idarə edəcəyi ilə bağlı məqalədir. 

Eyni zamanda Paltsik nəşri Demokratlar Partiyasına işləməkdə ittiham edib.



yuxarı