Bu ölkənin sabiq prezidenti təcili xəstəxanaya yerləşdirildi

Bu ölkənin sabiq prezidenti təcili xəstəxanaya yerləşdirildi

Bu gün, 09:30
-

A

+

Polşanın keçmiş prezidenti Lex Valensa noyabrın 15-də ürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Söz.az xəbər verir ki, bu barədə O2.p portalı siyasətçinin köməkçi Marek Kaçmara istinadən məlumat yayıb.

Kaçmarın sözlərinə görə, L.Valensa son vaxtlar özünü yaxşı hiss etəyib və noyabrın 15-də səhər saatlarında Qdansk xəstəxanalarından birinə yerləşdirilib.

Həmçinin qeyd olunur ki, Polşanın keçmiş prezidenti özünün Facebook səhifəsində xəstəxana palatasından fotoları dərc edib.

O, fotolardan birinə “Məni xatırladılar” şərhini yazıb.

Qeyd edək ki, Lex Valesa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.


yuxarı