A
+ABŞ-də vəfat edən türkiyəli məşhur aktrisa Ahu Tuğbanın ölüm səbəbi bəlli olub.
Söz.az xəbər verir ki, sentyabrın 1-də Mayamidəki evində ölü tapılan sənətçinin qızı Anjelik Kalvin bununla bağlı açıqlama edib.
Kalvin, “Öldükdən sonra sağ gözündə və ağzında qan var idi. İstədim ki, yarılma aparılsın. Yarılma nəticəsində təbii ölüm olduğu bildirildi. Ölümün səbəbi Hipertonik Ürək-damar xəstəliyi olub... Hipertoniya qan təzyiqinin yüksəlməsi nəticəsində ölümə səbəb olub”.