Bu ölkədə xəstəxanada yanğın oldu! 10 körpə öldü

Bu ölkədə xəstəxanada yanğın oldu! 10 körpə öldü

Bu gün, 11:28
-

A

+

Ötən gün Hindistanda axşam saatlarında xəstəxanada baş verən yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb. 

Söz.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

İlkin məlumata görə, yanğına səbəb Çansidəki Maharani Lakshmibai Tibb Kollecinin neonatal reanimasiya şöbəsində baş verən qısaqapanma olub.

Müxtəlif mənbələrə görə, həkimlər palatadakı pəncərələri sındıraraq 44-ə qədər uşağı xilas edə biliblər. 

Xəstəxanada ümumilikdə 54 uşaq olub. 

Polis hadisənin səbəblərini araşdırır. 


yuxarı