A
+ABŞ-nin Kaliforniya ştatında qəribə fırıldaqçılıq hadisəsi baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxslər sığorta şirkətlərindən ödəniş almaq üçün avtomobillərlə bağlı saxta zərər hesabatı hazırlayıblar.
İddialara görə, ayı kostyumu geyinən şəxs bilərəkdən bir neçə avtomobilə ziyan vurub. Bu hadisədən sonra avtomobil sahibləri dəymiş ziyanı bildirərək təzminat tələb ediblər. Lakin polis hadisəni araşdıraraq müəyyən edib ki, şübhəlilər bu zərəri bilərəkdən törədib və sığortadan haqsız qazanc əldə etməyə çalışıblar.
Saxlanılan şübhəlilərlə bağlı istintaq davam edir.