A
+Tanınmış müğənni Alsu 18 ildir evli olduğu keçmiş həyat yoldaşı Yan Abramovdan boşanmasını necə qeyd etdiyini açıqlayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı günlərini əylənməklə keçirib.
“Saçımı kəsdirmək istəyim yox idi. Boşandıqdan sonra karaokeyə getdim, Lyubov Uspenskayanın mahnısını ifa etdim. Sonra səyahətlər oldu. Alış-verişə getmədim. Çünki mənim üçün daha əyləncəli deyil. Gözəllik prosedurlarına vaxt ayırdım. Mən masajı sevirəm”, - deyə Alsu bildirib.
Xatırladaq ki, mayın sonunda 41 yaşlı Alsu Yan Abramovdan boşandığını açıqlayıbı. Cütlüyün üç övladı var.