A
+5 uşağı ilə tək qaldığını deyən 31 yaşlı Meltem adlı qadın 16 ildir evli olduğu həyat yoldaşı Neşetin sosial mediada tanış olduğu qadınla qaçdığını iddia edib.
Söz.az xəbər verir ki, “Esra Erolun” proqramına qatılan qadının iddiaları hər kəsi şok edib.
O, həyat yoldaşınınona əxlaqsız təkliflər etdiyini bildirib: “Deyir ki, sosial mediada canlı yayımlara qatılıram. Övladımla çəkdiyim videolarda nəfəs səsimə görə görə başqası ilə münasibətdə olduğumu deyir. Yata bilmir, telefonunu əlindən yerə qoymurdu. O, həmişə həbsxanada olur. Canlı yayımlarda açıq-saçıq görüntülərimin olduğunu deyir. “Dostlarım səni aşağıda gözləyir, mənə 200 TL verdilər, get yanlarına” deyib, əxlaqsız təkliflər edir".
Qadının həyat yoldaşı isə canlı yayıma qoşularaq hazırda yanında olan qadının dostu olduğunu və Meltemle ayrı yaşadıqlarını bildirib.