A
+Pentaqonun Kiyevə ayırdığı vəsaitin ümumi məbləği 182 milyard dollar təşkil edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Pentaqonun baş müfəttişinin hesabatında qeyd edilib.
Pentaqonun özü, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi də daxil olmaqla, federal qurumlar vasitəsilə Ukraynaya pul ayrılıb.
Vəsaitlərin böyük əksəriyyəti - 131,36 milyard dollar hərbi xərclərə yönəldilib.
Məlumata görə, ayrılan vəsait artan sürətlə davam edib.