Güclü qasırğaya görə 255 min insan təxliyə edildi

Güclü qasırğaya görə 255 min insan təxliyə edildi

Bu gün, 13:53
-

A

+

Filippində təsirli olacağı gözlənilən Man-yi tayfunu səlahiyyətliləri təşvişə salıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, ən geci sabah Bikol bölgəsindəki Catanduanes adasına çatması gözlənilən qasırğa səbəbiylə ölkə daxilindəki bütün gəmilər limanda qalmağa və ya sahilə qayıtmağa çağırılıb. 

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Marlo İrinqan, Man-yi qasırğasının gətirdiyi güclü külək və yağışların sel və torpaq sürüşməsinə səbəb ola biləcəyini deyib. Bu səbəbdən də 255 min insanın evlərindən təxliyə edildiyini açıqlayıb. 


yuxarı