9 milyard dollar dəyərində bitkoini oğurladı, 5 il həbs cəzası aldı

9 milyard dollar dəyərində bitkoini oğurladı, 5 il həbs cəzası aldı

Bu gün, 14:05
-

A

+

Dünyanın ən böyük Bitcoin oğurluğundan birində günahını etiraf edən amerikalı internet hakeri ilə bağlı qərar verilib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, İlya Lixtenşteyn adlı  haker və onun həyat yoldaşı Hizer Morqan 2022-ci ildə Nyu Yorkda həbs edilib.

Polisin illərdir arxasınca düşdüyü cütlük fərqli adlardan istifadə edərək gizlənməyi bacarıblar.  

Məlumata görə, soyğun zamanı oğurlanan "Bitcoin"in ümumi dəyəri 71 milyon dollar olub. Hazırda isə bu məbləğ 9 milyard dollardır. 

Əməlini etiraf edən hakerə 5 il həbs cəzası verilib. 

yuxarı