A
+Sosial mediada paylaşımları ilə tanınan türkiyəli fenomenlər Cansum Şener və Çağlayan Yıldırım arasında mübahisə yaranıb.
Söz.az xəbər verir ki, mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı Cansum Şener Çağlayan Yıldırımı tapança ilə vuraraq yaralayıb.
Həmin an baş verənləri sosial mediada canlı yayımlayan Çağlayan Yıldırım müalicə xəstəxanaya aparılıb. Cansum Şener isə polis tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə həbs edilib.