A
+ABŞ prezidenti Co Bayden hakimiyyəti yeni seçilmiş Donald Trampa təhvil verməzdən əvvəl sürpriz qərar verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın prezident seçildikdən sonra Rusiya-Ukrayna müharibəsinin bitmək istədiyini açıqlamasına baxmayaraq, Bayden Ukraynaya məhdud şəkildə Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etməyə icazə verib.
Bayden bu addımı Kursk bölgəsindəki müharibədə Rusiyaya kömək üçün Şimali Koreya əsgərlərini göndərməsinə cavab olaraq atıb.
Qeyd edək ki, Vaşinqton indiyədək Rusiya ərazisinə raket hücumlarına icazə vermək istəmədiyini eskalasiyadan qorxması ilə izah edirdi.