Kök epidemiyaya səbəb oldu! Ölən və çox sayda yoluxan var

Kök epidemiyaya səbəb oldu! Ölən və çox sayda yoluxan var

18-11-2024, 10:14
-

A

+

ABŞ-də yayılan E.coli epidemiyası Kaliforniyada fəaliyyət göstərən “Grimmway Farms” tərəfindən istehsal edilən orqanik yerkökü ilə əlaqələndirilib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, epidemiya səbəbindən bir nəfər ölüb, 15 nəfər isə xəstəxanaya yerləşdirilib. 

İnfeksiyanın 39 nəfərdə aşkar edildiyi bildirilib. 

Sözügedən köklərin həmçinin bir çox marka adı altında satıldığı da vurğulanıb. 

E.coli infeksiyasının simptomlarına şiddətli qarın sancıları, qanlı ishal, qızdırma, ürəkbulanma və qusma daxildir.

Xəstəliyin inkubasiya dövrü 24 saat ilə 10 gün arasında dəyişə bilər və adətən 3-4 gün davam edir.



yuxarı