A
+Rusiyanın əməkdar artisti, “Meri Poppins, əlvida!” filminin ulduzu, aktrisa Natalya Andreyçenko qızı Nastasyanın məktəb illərində psixi problemlərlə üzləşdiyini bildirib.
Söz.az xəbər verir ki, aktrisa bu barədə “Eksklüziv” verilişində məlumat verib.
Andreyçenkonun sözlərinə görə, başqa çıxış yolu tapmadığı üçün qızını psixiatriya xəstəxanasına yerləşdirib.
Nastasiya uzun müddət xəstəxanada qalıb və anasını bunun üçün bağışlamayıb. Ancaq xəstəxanadan çıxdıqdan sonra da Nastasyanın vəziyyəti yaxşılaşmayıb.
Andreyçenko, qızının növbəti psixoz zamanı ona bunları deyib: “Bir ay on gündür yatmadığımı başa düşürsən? Çünki gözümü hər dəfə açanda yanımda bıçaqla dayanırsan”.
Andreyçenko qeyd edib ki, qızının xəstəliyinin keçməməsinə baxmayaraq, özünü daha yaxşı hiss edir.
Nastasya özünü idarə etməyə kömək edən həblər qəbul edir. Həmçinin o, anası ilə münasibətini bərpa edib.
Nastasiya atasının ona hədiyyə etdiyi Avstraliyadakı evdə yaşayır.