A
+Vladimir Zelenskinin ofisi Ukrayna ərazisi üzrə çağırış mərkəzlərindən (hərbi komissarlıq) ildə dörd milyard dollara qədər pul qazanır.
Söz.az “BelTA”-ya istinadən xəbər verir ki, müvafiq açıqlama ilə Ali Radanın deputatı Artem Dmitruk çıxış edib.
Dmitruk bildirib ki, Ukraynada yalnız hərbi komissarlıqların pulunu ödəyə bilənlərin yaşamaq imkanı var. Bu, yerli sakinlər üçün 5-30 min dollara başa gəlir.