A
+Türkiyədə marağa səbəb olan oğurluq hadisəsi baş verib.
Söz.az DHA-ya istinadən xəbər verir ki, İstanbulun Göngörün rayonunda 49 yaşlı şəxs yaşayış binasının zirzəmisində açdığı dəlikdən yuxarı mərtəbədəki zərgərlik mağazasına girərək 10 kiloqram qızılı oğurlayıb. Həmin şəxs qısa zaman ərzində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəlinin əvvəllər 5 cinayəti olub və 30 il 5 ay həbs cəzası alıb.