A
+Moskvadan olan bir nəfər kabab dadarkən təsadüfən 20 santimetrlik bıçağı udub.
Söz.az Ren Tv-yə istinadən xəbər verir ki, bu barədə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bıçaq piknikdə xəstənin mədəsinə düşüb. O, kabab yeyərkən boğulmağa başlayıb və onun dostları ət parçasını bıçaqla onun mədəsinə itələməyə çalışıblar. Bu zaman həmin şəxs təsadüfən bıçağı udub.
Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun cərrahları bıçağı əməliyyat yolu ilə onun mədəsindən çıxarıblar.
Hazırda xəstənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.