Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 2 min 514 əkiz doğulub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 2 min 514 əkiz doğulub

18-11-2024, 16:17
-

A

+

Bu ilin yanvar- sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 77 min 172 doğulan körpə qeydə alıb.

Söz.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulanlardan 102-si üçəm və 4-ü isə dördəmdir.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.


yuxarı