A
+Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə vəziyyət gərgin olmaqda qalır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar
gecə universitetin yaxınlığında çadırlar qurublar.
Səhər saatlarında ərazini tərk etmək xəbərdarlığından sonra təhlükəsizlik qüvvələri etirazçıları dağıtmağa başlayıb.
Saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, nümayişçilər hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz edirlər. Gürcüstan prezidenti dünən səsvermənin nəticələrini tanımadığını bir daha bəyan edib.