Bu ölkənin prezidenti təcili xəstəxanaya yerləşdirildi

Bu ölkənin prezidenti təcili xəstəxanaya yerləşdirildi

19-11-2024, 10:03
-

A

+

Paraqvay prezidenti Santyaqo Penanın Rio-de-Janeyroda iştirak etdiyi G20 sammiti zamanı səhhəti pisləşib. 

Söz.az “Ultima Hora”-ya istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib. 

Dövlət başçısı döş qəfəsindəki ağrılardan şikayətlənib. Həkimlər Paraqvay liderini EKQ ilə müayinə ediblər və anomaliya aşkarlayıblar. Bundan sonra onun özəl Samaritano klinikasına yerləşdirilməsinə qərar verilib.

Pena növbəti 24 saatı xəstəxanada həkim nəzarəti altında keçirəcək.

Paraqvayın vitse-prezidenti Pedro Alliana daha sonra Pena ilə danışdığını bildirib. Onun sözlərinə görə, prezidentin səhhəti ilə bağlı hər şey qaydasındadır və o, həkimlərin rəyini gözləyir.

Xatırladaq ki, G20 sammiti dünən Braziliyada başlayıb və noyabrın 19-dək davam edəcək.


yuxarı