A
+Türkiyədə qırmızı ətin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, son bir ayda həm qəssablarda, həm də marketlərdə qiymə və quşbaşı ətin qiyməti 10-15 faiz artıb.
Sənaye nümayəndələri ilin sonuna qədər qiymə ətinin kiloqramı 700 lirəni (34.37 AZN) keçəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Türkiyədə son 6 aydır sabit olan qırmızı ətin qiyməti noyabr ayından etibarən artmağa başlayıb. Xüsusən də qəssablarında qiymə ətinin kiloqramının qiyməti 600 lirədən 650-680 lirəyə, yerli quşbaşı mal isə 600 lirədən 700 lirəyə qalxıb. Marketlərdə son bir ayda qiymə 350 lirədən 420-450 lirəyə, xaricdən gətirilən quşbaşı ət isə 490 lirədən 550 lirəyə yüksəlib.