A
+İspaniyalı həkimlər əfsanəvi aktyor Brüs Linin ölüm şəraiti ilə bağlı araşdırma aparıblar.
Söz.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Mütəxəssislər xüsusilə kunq-fu ustasının cəsədinin yarılmasından sonra əldə edilən məlumatları diqqətlə təhlil ediblər.
Alimlər təhlillər əsasında müəyyən ediblər ki, Brüs Linin nadir bir xəstəliyi olub. O, hiponatremiyadan əziyyət çəkib. Bu xəstəlik böyrəklərin bədəndən artıq suyu çıxarmasına mane olur.
Həmçinin kəskin böyrək çatışmazlığı və ağır fiziki fəaliyyət də mayenin bədəndən çıxarılmasına əngəl törədib.
Beləliklə, tədqiqatçılar qeyd etdiblər ki, ölümün səbəbinin dərman, qanqsterlərin sifarişi, zəhər və ya istilik vurması deyil, xəstəliyin olduğunu vurğulayıblar.
Xatırladaq ki, Brüs Li 20 iyul 1973-cü ildə Honq-Konqda “Ölüm oyunu” filmi üzərində işləyərkən qəflətən dünyasını dəyişib.