İranın xarici işlər nazirindən müharibəyə hazır olmaqal bağlı çağırış

İranın xarici işlər nazirindən müharibəyə hazır olmaqal bağlı çağırış

Bu gün, 13:13
-

A

+

İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşündə düşmənə öz gücünü göstərmək üçün mümkün böyük silahlı münaqişəyə hazırlıq görməyə çağırıb. 

Söz.az xəbər verir ki, bu barədə , - Əraqçının mətbuat xidmətindən bildirilib:

"Müharibəyə hazırlaşmaq onun qarşısını alır. Əgər onun baş verməsinin qarşısını almaq istəyirsənsə, gücünü ortaya qoymalı, müharibəyə və müdafiəyə hazır olduğunu bəyan etməlisən. Bu, müharibənin qarşısını alacaq. Qarşıdurmaya hazır olmadığınızı göstərərək, ən kiçik bir zəiflik nümayiş etdirsəniz, müharibəyə məcbur olacaq”.

"Biz bəyan etmişik ki, İsrail rejiminin İran İslam Respublikasına qarşı son əməliyyatı növbəti təcavüzdür. "Doğru vəd" və "Doğru vəd 2" əməliyyatları müdafiə xarakteri daşıyırdı. İsrail rejiminin yeni təcavüzü cavaba layiqdir. Biz öz hüququmuzdan imtina etməmişik. Biz bunun üçün vaxt seçəcəyik və uyğun gördüyümüz kimi cavab verəcəyik”, - deyə nazir bildirib. 



yuxarı