DİQQƏT! Bu simptomlar varsa KOAH xəstəsi ola bilərsiniz

DİQQƏT! Bu simptomlar varsa KOAH xəstəsi ola bilərsiniz

Bu gün, 15:43
-

A

+

Dünyada orta hesabla hər 8 saniyədə 1 nəfər KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) xəstəliyindən  ölür.

Söz.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama edib. 

Dünyada təxminən 400 milyon KOAH xəstəsi var və hər il 3 milyondan çox insan bu xəstəlikdən ölür. 

Xüsusilə 40 yaşdan sonra baş verən bu xəstəliyin diaqnozu üçün nəfəs darlığı hiss olunmasa belə, 10 ildən artıq siqaret çəkənlər, 3 ay və daha çox öskürək, bəlğəmdən şikayət edənlər, qış aylarında KOAH şübhəsi ilə mütləq pulmonoloqa müraciət edilməlidir. 

ÜST məlumatlarına görə, ölüm səbəbləri arasında üçüncü yerdə olan KOAH kişi və qadınlarda bərabər nisbətdə müşahidə olunur.

yuxarı