Ukrayna ilk dəfə Rusiya ərazisini ATACMS-lə vurdu

Ukrayna ilk dəfə Rusiya ərazisini ATACMS-lə vurdu

Bu gün, 15:57
-

A

+

Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib və hədəf uğurla vurulub.

Söz.az xəbər verir ki, bu barədə RBC-Ukraynaya Müdafiə Qüvvələrindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, zərbə Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə endirilib.

Qeyd edək ki, Karaçev Bryanskdan çox da uzaqda deyil və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verdiyini bildirib. 



yuxarı