A
+2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən indiyədək ən azı 12 min 162 mülki şəxsin həyatını itirib.
Söz.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lorens açıqlama edib.
Lorens ölənlərdən 659-nun uşaq olduğunu vurğulayıb. O həmçinin ən azı 26 min 919 mülki şəxsin yaralandığını bildirib.