16 il öncə ölüm cəzası alan qadın günahsız imiş

16 il öncə ölüm cəzası alan qadın günahsız imiş

20-11-2024, 09:13
-

A

+

ABŞ-də 16 il öncə edam cəzası alan qadının günahsız olduğu üzə çıxıb.

Söz.az “The Washington Post”-a istinadən xəbər verir ki, 2008-ci ildə Melissa Lusio adlı qadın qızı Mariyanı öldürməkdə təqsirli bilinib. Qadın övladının səhvən pilləkənlərdən yıxıldığını iddia edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Lusionun qızını döydüyünü iddia ediblər. Qadın günahını boynuna alana qədər bir neçə saat dindirilib.

Lusio daha sonra etirafından imtina edib və vəkillər 16 il qadının günahsız olduğunu sübut etməyə çalışıblar. Bütün bu müddət ərzində ölüm cəzasına məhkum edilmiş müttəhim Qeytsvildəki islah müəssisəsində olub.

İşə yenidən baxan Kameron Rayon Məhkəməsinin hakimi belə qənaətə gəlib ki, ittiham tərəfi Lusionun cinayətdə günahkar olmadığını göstərən sübutları qəsdən gizlədib. Hakimin qərarı Texas Cinayət Apellyasiya Məhkəməsinə verilib. Əgər qəbul olunarsa, qadın azadlığa buraxılacaq.



yuxarı