A
+23 uşaq məktəbin yeməkxanasında yedikləri qidadan zəhərlənib.
Söz.az RT-yə istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib.
İlkin məlumata görə, uşaqlarda rotavirus infeksiyası aşkarlanıb.
İki uşaq xəstəxanaya çatdırılıb, qalanlarının müalicəsi ambulator şəraitdə davam etdirilir.
Digər bir məlumata görə isə, özünü pis hiss edən məktəblilərin sayı daha çoxdur.
Faktla bağlı cinayət işi açılıb.