Yanan evini 4.6 milyona satdı

Yanan evini 4.6 milyona satdı

Dünən, 09:42
-

A

+

Britaniyalı supermodel Kara Delevin Los-Ancelesdəki malikanəsini satıb.

Söz.az "New York Post"-a istinadən xəbər verir ki, o, bir müddət öncə yanan əmlakı 4,6 milyon dollara sata bilib. 

Alqı-satıq prosesi yanğından cəmi altı ay sonra baş tutub. 

Qeyd edək ki, evdə yanğın baş verən zaman Kara Delevin Londonda olub. Evin arxa otağında başlayan yanğın çardağa keçib və az sonra dam örtüyü uçub. Alov bütün binaya yayılıb. 

Nəticədə evin ikinci mərtəbəsi və demək olar ki, bütün otaqları yararsız hala düşüb. Hadisə zamanı evdə olan bir çox sənət əsərləri də yanıb. 

Yanğının səbəbini uzun müddət müəyyən etmək mümkün olmayıb. Ehtimala görə, elektrik naqillərində yaranan problemlər yanğına səbəb olub. 

Delevin evi 2019-cu ildə 7 milyon dollara alıb. Əmlakın olduğu yer yarım hektar ərazini tutur.

yuxarı