A
+Rusiya prezidenti Vladimir Putin Donald Trampla atəşkəs rejimini müzakirə etməyə hazırdır.
Söz.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqlarda əsas şərt Ukraynaya ərazi güzəştinin edilməməsidir.
Rusiya həm də Ukraynanın NATO-ya daxil olmasına və ya NATO qoşunlarının Ukrayna ərazisində olmasına razı olmayacaq.
Agentliyin məlumatına görə, Rusiyanın beş keçmiş və indiki rəsmisi ilə söhbətdən sonra Kreml bütövlükdə cəbhə xətti boyunca münaqişənin dondurulmasına razılıq verə bilər.
Atəşkəs sənədinin İstanbul razılaşmasının layihəsi kimi görünə biləcəyi bildirilib.